Keçid linkləri

2025, 30 May, Cümə, Bakı vaxtı 03:19

Valideynlərin şikayəti nəzərə alındı


Elm və Təhsil Nazirliyi
Elm və Təhsil Nazirliyi

Valideynlərin etirazından sonra Azərbaycanda lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı qərara yenidən baxılıb.

Yeni qərara görə, 2025-2026-cı tədris ilində istisna olaraq 5, 6 və 8-ci siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək.

Bu barədə Təhsil İnstitutunun mayın 29-da yayılan açıqlamasında bildirilir.

Bundan əvvəlki qərarda isə qəbulun bu ildən yalnız 7-ci siniflərə gerçəkləşəcəyi vurğulanmışdı. Bu da valideynlərin şikayətlərinə səbəb olmuşdu.

27 may

Lisey və gimnaziyalara qəbul qaydası dəyişdi: Niyə yalnız 6-cı siniflər? - şikayətlər və rəsmi cavab

Bakı şəhərində, habelə ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul (mərkəzləşdirilmiş) prosesinə şagirdlərin ərizə qəbuluna sadəcə 10 gün qalmış dəyişikliklər edilib.

Təhsil İnstitutunun bu haqda məlumatında bildirilib ki, sözügedən lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək. Ərizə qəbulu iyunun 5-dən 20-dək aparılacaq.

Ötən il isə sözügedən təhsil müəssisələrində oxumaq üçün 5, 6, 7 və 8-ci siniflərə qəbul keçirilib.

Valideynlər Təhsil Nazirliyinin qəfil qərarına etiraz edirlər: 'Niyə vaxtında demirdiniz?'
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Valideynlərin narazılığı

Qərarın dəyişdirilməsi - qəbulun yalnız 6-cı siniflər üçün nəzərdə tutulması valideynlərin narazılığına səbəb olub.

Ayrı-ayrı valideynlər bildirirlər ki, pulu olanlar aparıb övladlarını illik ödənişli liseylərə qoyur. Onların vurğulamasına görə, aztəminatlı ailələrdə isə valideynlər boğazlarından kəsir ki, övladları gedib dövlət lisey və gimnaziyalarında oxusunlar, daha yaxşı təhsil alsınlar.

Həmin şəxslərin sözlərinə görə, bəziləri əlavə müəllimlər tutaraq uşaqlarını qəbula hazırlayıblar, buna həm pulları, həm də enerjiləri gedib, indi isə məlum olur ki, görülən bütün işlər nəticəsiz qalıb.

Məsələ ilə bağlı danışan bir sıra ekspertlərdə bu qərarı təkcə bir texniki dəyişiklik deyil, minlərlə ailənin həyat planlarını pozan, uşaqların psixoloji durumuna mənfi təsir göstərən və dövlət-vətəndaş münasibətlərində etimadı zədələyən ciddi bir zərbə kimi dəyərləndiriblər.

Rəsmi izah

Təhsil İnstitutu da mayın 27-də narazılıqlarla bağlı əlavə izahat verib. Qurum bir daha vurğulayıb ki, yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin 6-cı sinifdə təhsil alan şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur: "Bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir. Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir".

Sonda da qeyd edildiyinə görə, liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq.

XS
SM
MD
LG