Tbilisidə işçilərə daha yaxşı hüquqlar tələbilə yürüş
Mayın 1-də Gürcüstanın paytaxtı Tbilisidə işçilərin hüquqlarının daha yaxşı müdafiəsi tələbilə parlamentin keçmiş binası qarşısında yürüş keçirilib. Aksiyaçılar hökumətdən 1 May Zəhmətkeşlər Gününü istirahət günü elan etməyi, əmək müfəttişiliyi yaratmağı və işsizliyin azaldılmasını tələb ediblər.