Ruslan İzzətli özü haqqında ittiham aktında düzgün yazılmadığını bildirərək bir sıra məsələlərə etirazını dilə gətirib.
Türkmənistanlı fəal Ümidə Bekçanova Türkiyədə saxlanılıb.
İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlər arasında görüşün yeni raundu keçirilir.
Bu ilin mart-aprel aylarında Baş Prokurorluğun İctimai Televiziya vasitəsilə elan verib istintaqa çağırdığı xaricdəki bloqerlər haqqında qiyabi həbs qərarı çıxarılıb.
Ukrayna mətbuatı isə Ukrayna xüsusi xidmət orqanlarına istinadən yazıb ki, Ukrayna hökuməti ilyarımdır Rusiyaya məxsus hərbi aerodromlara hücum əməliyyatına hazırlaşıb.
ABŞ-nin dairə məhkəməsi Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) ABŞ Qlobal Media Agentliyinə (USAGM) qarşı qaldırdığı iddia çərçivəsində təqdim etdiyi üçüncü müvəqqəti qadağanedici qərarla (TRO) bağlı müraciətini təmin edib.
Ölümü bütün ölkədə müzakirələrə səbəb olan 18 yaşlı Elgün İbrahimovun hündürlükdən yıxılaraq aldığı xəsarətlər nəticəsində vəfat etdiyinin müəyyən olunduğu bildirilir.
Polşada keçirilmiş prezident seçkilərində müxalifətdən olan sağ-mühafizəkar "Hüquq və Ədalət" partiyasının namizədi Karol Navrotski qalib gəlib.
İyunun 1-də saat 13:10-da Azərbaycandakı 12 saylı Cəzaçəkmə Müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyünün uçduğu, nəticədə bir nəfər məhkumun xəsarət aldığı bildirilir.
"Reuters" Ukrayna tərəfinin sülh təklifinin tam mətnini dərc edib. Kiyev nümayəndə heyəti bu təklifləri bu gün, iyunun 2-də İstanbulda Rusiya ilə aparılacaq danışıqlarda təqdim etməyi planlaşdırır.
Parisin "Pari Sen-Jermen" futbol klubunun UEFA Çempionlar Liqasındakı qələbəsindən sonra Fransada baş verən iğtişaşlarda azı iki nəfər ölüb, 192 nəfər yaralanıb.
İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov "Georgi lenti" və SSRİ bayrağına görə vəzifədən çıxarılıb.
Davamı