Gürcüstanda etirazların 100 günü
29 noyabr. Etirazların ikinci gecəsi maskalı polis tüstü bombasını təpikləyir.
29 noyabr. Etirazçılar Gürcüstan parlament binasının qarşısında Gürcüstan və Aİ bayraqları qaldırırlar.
29 noyabr. Polis gözyaşardıcı qazdan istifadə edib. Etirazçılara ambulansda təcili tibbi yardım göstərilir.
30 noyabr. Tbilisinin mərkəzi Rustaveli prospektində polis etirazçını saxlayır. Polis qüvvələrinin zorakılığı Aİ-nin Gürcüstan diplomatları və hökumət rəsmilərinə viza məhdudiyyətləri tətbiq etməsi ilə nəticələnib.
1 dekabr. Əleyhqaz taxmış etirazçı. Polis gözyaşardıcı qazdan geniş istifadə edir.
2 dekabr. Polis əməkdaşları etirazçılara doğru irəliləyir. Onlardan biri dəyənəyi əlindən salır.
4 dekabr. Dəyənək və əldəqayırma sipərlə silahlanmış etirazçılar Rustaveli prospektində.
9 dekabr. Etirazçılar Bidzina İvanişvilinin portretini yandırırlar. Milyarder və keçmiş baş nazir İvanişvili hakim "Gürcü Arzusu" Partiyasının təsisçisidir. Bir çox gürcüstanlı bu simvolik etirazdan xoşlanmadıqlarını deyiblər.
21 dekabr. Etirazçılar Rustaveli prospektində Milad işıqları ilə şəkil çəkdirirlər.
13 yanvar. Rustaveli prospektində etirazlar vaxtı etirazçılar "Go" oyunu oynayırlar.
15 fevral. Yeni seçkilər istəyən etirazçılar Tbilisinin mərkəzində yürüş edirlər.
21 fevral. Tbilisidə nümayişçilər həbs olunmuş 50-dən çox etirazçının buraxılmasını tələb edirlər.
25 dekabr. Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili hökumətə qarşı etirazlara dəstək verən ən yüksəkvəzifəli siyasətçi olub. O, etirazçıları salamlayır.
18 fevral. Etirazçılar Rustaveli prospektində ölkənin çevik polis alayının rəisi Zviad Xarazişvilinin şəninə qurduqları kağız maketini yandırırlar.