5 il əvvəl - 2008-ci il avqustun 7-də Rusiya ilə Gürcüstan arasında 5 gün çəkən müharibə başladı. Hələ də tərəflər bir-birini müharibəni ilk başlamaqda ittiham edirlər. Bu qısamüddətli müharibədən sonra Rusiya Gürcüstanın iki separatçı bölgəsi olan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb orada öz qoşunlarını saxladı. Müharibə gedən günlərdə çəkilmiş fotolar.
Rusiya-Gürcüstan müharibəsindən fotolar

6
8 avqust. Cənubi Osetiyadan olan əsgər döyüş mövqeyində.

7
8 avqust. Tsxinvali ətrafından etnik gürcülər çıxarılır.

8
Qoridə Cənubi Osetiya yaraqlıları ilə döyüşdə yaralanmış Gürcüstan əsgəri.

9
9 avqust. Rusiyanın bombardmanı ilə Qoridə yandırılan yaşayış evlərindən biri.