5 il əvvəl - 2008-ci il avqustun 7-də Rusiya ilə Gürcüstan arasında 5 gün çəkən müharibə başladı. Hələ də tərəflər bir-birini müharibəni ilk başlamaqda ittiham edirlər. Bu qısamüddətli müharibədən sonra Rusiya Gürcüstanın iki separatçı bölgəsi olan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb orada öz qoşunlarını saxladı. Müharibə gedən günlərdə çəkilmiş fotolar.
Rusiya-Gürcüstan müharibəsindən fotolar

1
9 avqust, Rusiyanın bombardmanı altında olan Gürcüstanın Qori şəhəri.

3
5 avqust. Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsinə ən yaxında yerləşən hərbi mövqelərindən biri.

4
Rusiyanın Gürcüstandakı səfiri Vyacheslav Kovalenko avqustun 6-da Cənubi Osetiya ilə sərhəddə Gürcüstanın sülhməramlı qoşunlarının komandanı ilə söhbət edir.

5
Gürcüstanın hərbi qüvvələri Cənubi Osetiyanın mərkəzi Tsxinvalini avqustun 8-də raket atəşinə tuturlar. Tbilisi bununla Rusiyadan bölgəyə gələn hərbi təxribatçıların qarşısını almağa çalışdığını deyir.