Bir neçə ildir vətəndaş müharibəsi gedən Suriyaya bu yaxınlarda Rusiyanın hava zərbələrinə başlaması ilə vəziyyət daha da mürəkkəbləşib. Ölkənin faktiki olaraq kimin nəzarətində olduğu sual altındadır. Az qala bütün qüvvələr bir-birinə qarşı vuruşur.
Əsasən NATO ölkələri və bəzi ərəb dövlətlərinin hava qüvvələri İslam Dövləti yaraqlılarının mövqelərini bombalayarkən, bir yandan da Rusiya təyyarələri prezident Bashar al-Assad-ın qüvvələrinə dəstək üçün həm müxaliflərin, həm də başqa güclərin mövqelərinə zərbələr endirməyə başlayıb.
Suriyada hərbi qüvvələrin nəzarət etdikləri zonaların ən son durumu aşağıdakı inforqrafikada: