Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 11:26

Nazir: Bəzi elmi qurumlar ildə bir məqalə dərc edirlər


Doktorant: 'Məcburam ki əlavə işdə işləyim'
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

Doktorant: 'Məcburam ki əlavə işdə işləyim'

"Azərbaycanda bəzi elmi qurumların illik büdcəsi 1 milyon manat təşkil etsə də, həmin qurumlar il ərzində cəmi bir elmi məqalə dərc edirlər. Nəticədə ölkə üzrə bir elmi məqalə ortalama 35 min manata başa gəlir". AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri aprelin 8-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elm Festivalında çıxışı zamanı səsləndirib. Onun fikrincə, bu isə elmi fəaliyyətin maliyyələşdirilməsi və səmərəliliyi məsələlərinin yenidən dəyərləndirilməsini zəruri edir.

Nazir əlavə edib ki, hazırda Azərbaycanda 150-dən çox elmi müəssisə və təşkilat fəaliyyət göstərir. "Onlardan 140-a yaxınının böyük əksəriyyətində effektiv elmi məhsul istehsalı müşahidə olunmur. Bəzi qurumlarda maliyyələşmə mövcuddur, bəzilərində isə bu sahədə problemlər var. Hədəfimiz elmi fəaliyyətin optimallaşdırılması və nəticəyönümlü sistemin qurulmasıdır", –nazir qeyd edib.

E.Əmrullayevin sözlərinə görə, qarşıda duran əsas vəzifələrdən biri də elm və təhsil arasında mövcud olan uçurumu aradan qaldırmaqdır. "Elm əsasında verilən qərar hər zaman daha düzgün və dayanıqlı olur. Qərarvermə prosesində elmə və tədqiqata əsaslanmaq ən doğru yanaşmadır", –nazir fikrini tamamlayıb.

Cəmil Həsənli
Cəmil Həsənli

"Elmə ÜDM-in 0.2 faizi qədər büdcə ayrılandan sonra…"

"Elmə ümumi daxili məhsulun (ÜDM) 0.2 faizi qədər büdcə ayrılandan sonra institutların birləşdirilməsi və ya ayrılması nəyi isə həll etmir". Bunu tarix elmləri doktoru, professor, müxalif Milli Şuranın sədri Cəmil Həsənli sözügedən sərəncamı şərh edərkən bildirib. Onun vurğulamasına görə, bir vaxtlar elmin inkişafı və optimallaşması üçün bu institutları ayırmışdılar: "İndi də eyni məqsədlə birləşdirirlər. Yəni hər iki halda elmin inkişafı üçün. Amma elm də sürətlə geri getməkdə davam edir".

C.Həsənli hesab edir ki, elm onsuz da bərbad vəziyyətdə idi. Onun fikrincə, ölkədə az-çox elmin işartıları varsa, bu, ayrı-ayrı alimlərin fədakarlığı hesabınadır: "0.2 faiz büdcə ilə Azərbaycan elmi dünya elmindən daha da uzaqlaşıb. Nə Akademiyanın kitabxanası, nə də ayrı-ayrı sahə institutları beynəlxalq ixtisas jurnallarını, referativ nəşrləri, yeni elmi ədəbiyyatı ala bilir. Az-çox "Erasmus" və digər mübadilə proqramları ilə xaricə gedən alimlər bu nəşrlərlə tanış ola bilirdilər. Son aylar ölkədə olan beynəlxalq təhsil və elm proqramları da bağlandı, xarici təşkilatlar ölkədən çıxarıldı".

Borc alıb elmi tədqiqat aparan Azərbaycan alimləri... Elmin durumu #Izahla
Gözlə

No media source currently available

0:00 0:06:42 0:00

Xatırlatma

Dörd gün öncə, aprelin 4-də prezident İlham Əliyev "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən bəzi institutlar birləşdirilərək ixtisaslaşmış səkkiz institut yaradılmalıdır. Nəticədə Neft və Qaz İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Radiasiya Problemləri İnstitutu və daha bir çox elmi institut fəaliyyət göstərməyəcək. Bir sıra qurumlar isə bəzi elmi institutların tabeçiliyinə veriləcək.

Sərəncama həmin institutların kollektivlərindən münasibət almaq mümkün olmayıb. Amma bəzi ekspertlər bunun Azərbaycan elminə mənfi təsirlər göstərə biləcəyindən və işsizliyin artacağından narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, Azərbaycanda bundan öncə də "optimallaşdırma" və "səmərəliliyinin artırılması" adı ilə oxşar addımlar atılıb, amma bu bir elə də müsbət nəticələr verməyib.

XS
SM
MD
LG