Gürcüstanda etirazların 100 günü
Gürcüstanın baş naziri noyabrın 28-də elan etdi ki, hökumət 2028-ci ilədək Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını təxirə salır. Bu isə ölkədə 100 gündür gedən etirazlara səbəb olub. AzadlıqRadiosunun Gürcüstandakı fotoqrafları Dato Koridze və Mziya Saqanelidze elə birinci gündən etirazları sənədləşdiriblər.

5
1 dekabr. Əleyhqaz taxmış etirazçı. Polis gözyaşardıcı qazdan geniş istifadə edir.

6
2 dekabr. Polis əməkdaşları etirazçılara doğru irəliləyir. Onlardan biri dəyənəyi əlindən salır.

7
4 dekabr. Dəyənək və əldəqayırma sipərlə silahlanmış etirazçılar Rustaveli prospektində.

8
9 dekabr. Etirazçılar Bidzina İvanişvilinin portretini yandırırlar. Milyarder və keçmiş baş nazir İvanişvili hakim "Gürcü Arzusu" Partiyasının təsisçisidir. Bir çox gürcüstanlı bu simvolik etirazdan xoşlanmadıqlarını deyiblər.