Oktyabrın 30-da Azərbaycan Amerika Alyansı ABŞ-da, Washingtonun Milli Arxitektura Muzeyində ikinci illik qala nahar verib. Azərbaycan Amerika Alyansının yaydığı məlumata görə, tədbirdə Konqresdən, Prezident Administrasiyasından, diplomatik korpuslardan, beyin mərkəzlərindən və akademiyalardan dəvət olunmuş qonaqlar iştirak edib. Azərbaycan Amerika Alyansının təsisçisi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Azərbaycan Amerika Alyansının məqsədi Azərbaycan-ABŞ arasında enerji, milli-təhlükəsizliyə əsaslanan münasibətləri qabartmaqdır. Fotoları Azərbaycan Amerika Alyansı yayıb.
Anar Məmmədov Vaşintqonda nahar verib- Fotolar

13
Səfir Elin Suleymanov həyat yoldaşı Lalə Suleymanova kongressmen Mark və həyat yoldaşı Meadowsla görüş zamanı

14
Muğam ifaçıları - Alim Qasımov və Fərqanə Qasımova

15
Ud ifaçısı Mircavad Cəfərov