Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Vladimir Putinin dəbdəbəli həyat tərzindən fotolar

12
"Sirius" yaxtasında 6 cakuzi, günəş vannası üçün yerlər, idman zalı, kinosalon, 14 müxtəlif yerdə hətta kabab bişirməyə imkan verən üstü açıq məkan və bar var.

13
Hesabata görə Putinin ümumi dəyəri azı 700 000 dollar olan saatlar kolleksiyası da var. Onların arasında İsveçrə markası Blancpain üstünlük təşkil edir.