Yanvarın 25-də minlərlə misirli paytaxt Qahirənin mərkəzindəki Təhrir Meydanına toplaşıb. Onlar 1 il əvvəl - 2011-ci il yanvarın 25-də başlamış və 18 gün davam etmiş kütləvi etiraz aksiyalarının birinci ildönümünü qeyd edirlər. Həmin etirazlarla on illərlə Misirə rəhbərlik etmiş Hosni Mubarak istefa verdi. Toqquşmalarda 800 nəfər həlak oldu. 1 il əvvəl baş vermiş etirazlar fotolarda.
18 gün: Misir inqilabı şəkillərdə

13
Təhrir Meydanında yaralı aksiya iştirakçısı. 9 fevral 2011

14
Etiraz aksiyası iştirakçıları prezident Hosni Mubarak'ın çıxışını dinləyirlər. Onlar prezidentin istefasını elan edəcəyini gözləsələr də, məyus olurlar. 10 fevral 2011

15
H.Mubarak'ın çıxışına aksiya iştirakçılarının reaksiyası. 10 fevral 2011

16
Təhrir Meydanında aksiyaçılar əsgəri qarşılayırlar. 10 fevral 2011